Peter Siyarto: Macarıstan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
Macarıstan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
“Turanın səsi ” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Cəbrayıl rayonunun Soltanlı kəndinin tam bərpası üçün keçirilən tenderdə Macarıstanın ən böyük tikinti şirkətlərindən biri qalib gəlib: “Şirkət bütün kəndi, o cümlədən yaşayış hissəsini, ictimai yerləri və bağ sahələrini yenidən qurmağı planlaşdırır. Artıq binaların layihələndirilməsinə başlanılıb və noyabrın sonunda başa çatdırılacaq. Yaşayış sahələrinin planlaşdırılması avqustun ortalarına qədər başa çatdırılmalıdır. Layihələr aidiyyəti orqanlar tərəfindən təsdiq edildikdən sonra tikinti işlərinə başlamaq olar və əgər onlar qrafikə uyğun həyata keçirilərsə, gələn ilin sonuna kimi yenidənqurma işlərinin ilk dərin təəssürat yaradacaq nəticələrini görəcəyik”.
Nazir əlavə edib ki, bu kənddə artıq ictimai obyektlərin inşasına başlanılıb.
⤵️
“TURANIN SƏSİ” __ Elburus Telmanoğlu