Peter Siyarto: Azərbaycanla əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır.
“Turanın səsi ” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası zamanı deyib.
“Biz uzun illərdir ki, dost və strateji tərəfdaşıq. Bizim dostluğumuz təkcə maraqlara deyil, həm də ümumi dəyərlərə əsaslanır”, – o bildirib.
P.Siyarto qeyd edib ki, ötən il ticarət sahəsində rekord nəticə əldə ediblər: “Bu, bizə əməkdaşlığı genişləndirmək üçün yaxşı platforma verir. Burada söhbət xüsusilə enerji sahəsindən gedir. Əməkdaşlığımız ölkəmizin enerji təchizatının təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verib ki, bu da indiki şəraitdə əvvəlkindən daha vacibdir”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI