Azərbaycanda bu il 224 milyondan çox zərərli keçid, virus, virus tərkibli fayl bloklanıb
Dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmini məqsədi ilə “AzstateNet” dövlət şəbəkəsində 3-cü rüb ərzində 81 milyon zərərli keçid yeni nəsil mühafizə avadanlıqları vasitəsi ilə bloklanıb.
Bu barədə “Turanın səsi” -nə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən məlumat verilib.
Bildirilir ki, birinci rübdə bu göstərici 101 milyon, ikinci rübdə isə 96 milyon olub. Ümumilikdə 9 ay ərzində 224 milyon zərərli keçid bloklanıb.
Bu ilin iyul-sentyabr ayları ərzində dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmini məqsədi ilə “AzstateNet” dövlət şəbəkəsində 873 min zərərverici virus mərkəzləşdirilmiş antivirus sistemi ilə bloklanıb.
2022-ci ilin ilk 9 ayında 2 milyon 900 min olmaqla birinci rübdə 1 milyon 190 min, ikinci rübdə isə 837 min zərərverici virus bloklanıb.
Dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmini məqsədi ilə “AzstateNet” dövlət şəbəkəsində 83 min virus tərkibli fayl xüsusi “Sandbox” mühafizə sistemləri ilə bloklanıb. Bu göstərici üzrə isə ilk rübdə 37 min, ikinci rübdə 35 min, 9 ay ərzində isə 155 min nəticə qeydə alınıb.