“Sumqayıt” “Qarabağ”la oyuna baş məşqçisiz çıxacaq – İspaniyadadır
“Sumqayıt” komandası “Qarabağ”a qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının XXXII turunun oyununa baş məşqçisiz çıxacaq.
“Turanın səsi ” xəbər verir ki , bu barədə “gənclik şəhəri” təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Hazırda İspaniyada təcrübə keçən Samir Abasov sözügedən qarşılaşmada texniki zonada yer almayacaq.
Qeyd edək ki, aprelin 28-də reallaşacaq “Sumqayıt” – “Qarabağ” matçı saat 20:00-da start götürəcək.
Xatırladaq ki, Samir Abasov “Barselona” klubunun düşərgəsinə yollanıb. O burada təcrübə keçəcək.
Gənc mütəxəssis kataloniya klubunun düşərgəsinə yollanmamışdan öncə “Real” və “Barselona” (3:2) keçirilən “El Klasiko”nu izləyib.
S.Abasov təcrübə müddətinin sonunda “Barselona”nın baş məşqçisi Xavi Ernandezlə görüşəcək.