BMT-nin Baş katibi: Heç bir ölkə bugünkü problemləri təkbaşına həll edə bilməz
BMT-nin Baş katibi Antoniu Qutterreş 24 aprel – Sülh Naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Günü münasibətilə dünya ölkələrinə çağırış edib.
“Turanın səsi ” xəbər verir ki, o, bu barədə “X”də yazıb.
O bildirib ki, heç bir ölkə bugünkü problemləri təkbaşına həll edə bilməz:
“Biz etimadı bərpa etmək, fikir ayrılıqlarını aradan qaldırmaq və bəşəriyyəti sülh yoluna qaytarmaq üçün qlobal əməkdaşlıq ruhunu diriltməliyik”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI