ABŞ general Hikmət Mirzəyevə sanksiya tətbiq etmək İSTƏYİR

0

ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. 

Turanın səsi ” in məlumatına görə , Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində “ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması”nda fəal rol oynadığı iddia edilən 40-dan çox dövlət adamının, hərbçinin, hakimin və nazirin adı yer alıb.

Müstəqil ekspertlərin fikrincə, bu xəbərin məhz prezident İlham Əliyevin Rusiya səfəri günü ortaya çıxması təsadüfi deyil və ABŞ-nin Azərbaycana təzyiqi kimi qiymətləndirilməlidir. 

Təqdim edilən siyahıda əsasən hərbiçilərdir. Bu ölkədə hazırda xalq arasında ən sevilən qurumların başında Azərbaycan Ordusu gəlir. Onun da ən sevilən zabitini – general Hikmət Mirzəyevin adını siyahıda xüsusi vurğulayıblar.

General Hikmət Mirzəyev müdafiə nazirinin müavinidir. ABŞ ilə NATO-nun Azərbaycanla müdafiə sahəsində əməkdaşlıq etmək istədiyi bilinən məqamdır.

Bir yandan Azərbaycan ilə əməkdaşlıq istəyib, digər tərəfdən Azərbaycan Ordusunun xalq arasında ən çox sevilən və ordunu NATO standartlarına çatdırmaq üçün ən çox cəhd göstərən generallarından birini və Ordunu faktiki idarə edən müxtəlif yüksək rütbəli zabitləri qara siyahıya almaq cəhdi marazmdır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir