İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvlərinin Gürcüstan nümayəndə heyəti ilə görüşü olub

0

Aprelin 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Gürcüstan Parlamentinin Sahə iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin sədri Davit Sonğulaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qonaqları salamlayaraq, Azərbaycan ilə Gürcüstanın dərin tarixi köklərə malik qonşu və dost ölkələr olduğunu deyib. O, əlaqələrimizin möhkəmlənməsində dövlət başçılarının rolunu xüsusi qeyd edib. Habelə xalqlarımız arasında mehriban münasibətlərin inkişaf etdiyini söyləyib.

Hazırda regionda yeni reallıqların yarandığını vurğulayan komitə sədri ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz əzəli torpaqlarını işğaldan azad etdiyini, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edildiyini diqqətə çatdırıb. Bildirilib ki, bu gün bölgədə sülhün və sabitliyini təmin olunması üçün Azərbaycan dövləti mühüm addımlar atır, o cümlədən Ermənistanla sülh müqaviləsinin bağlanması üçün səylərini əsirgəmir. Sülhün əsas prinsiplərinin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddialarının olmaması, nəqliyyat və kommunikasiyaların açılması üçün şərait yaradılmasının  olduğu qeyd edilib.

Tahir Mirkişili Azərbaycanın Gürcüstanla parlamentlərarası əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini, qarşılıqlı səfərlərin bu münasibətlərin genişləndirilməsinə xidmət etdiyini deyib. O, ötən müddət ərzində Milli Məclisin  sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyətinin Gürcüstana səfərini xatırlayaraq, bunun qanunverici orqanlar arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verdiyini bildirib. 

Komitə sədri Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığın mövcudluğunu, ölkələrimizin birgə beynəlxalq layihələrin fəal iştirakçısı olduğunu vurğulayıb.

Gürcüstan Parlamentinin Sahə iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin sədri Davit Sonğulaşvili görüşdən məmnunluğunu ifadə edərək, iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinin mövcudluğunu, belə görüşlərin əlaqələrin möhkəmləndirilməsi baxımından vacibliyini qeyd edib. O, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi və son Prezident seçkilərinin ölkənin bütün ərazisində keçirilməsi münasibəti ilə təbriklərini çatdırıb. Dövlətlərimiz və xalqlarımız arasında tarixi ənənələrə söykənən sarsılmaz əlaqələrin bu gün də dinamik inkişaf etdiyini deyib. Regionda davamlı təhlükəsizliyin təmin edilməsi üçün səmərəli münasibətlərin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

 Davit Sonğulaşvili dövlətlərarası əlaqələrin gücləndirilməsində parlamentlərin rolunu xüsusi qeyd edib. Qanunverici orqanlar arasında təcrübə və informasiya mübadiləsi baxımından səmərəli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyindən danışıb. Parlament  komitələri arasında əlaqələrin genişləndirilməsinin önəmindən bəhs edib.

Söhbətdə Gürcüstan Parlamenti nümayəndə heyətinin üzvləri Gela Samxarauli, Bezhan Tsakadze, Qoça Enukidze çıxış edərək, ölkələrarası və parlamentlər səviyyəsində əlaqələrin möhkəmlənməsi, iqtisadi, ticari sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı fikirlərini açıqlayıblar.

Görüşdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, üzvləri Elnur Allahverdiyev, Vüqar Bayramov, Məzahir Əfəndiyev, Məşhur Məmmədov, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və digər rəsmi şəxslər iştirak ediblər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir