“Qalatasaray” rəqibini darmadağın etdi
“Qalatasaray” Superliqanın 33-cü həftəsində “Rams Park”da “Pendikspor”la qarşılaşıb.
“Turanın səsi ” xəbər verir ki, son 13 liqa oyununda qalib gələrək çempionluq yürüşünü davam etdirən “sarı-qırmızılar”, İstanbul komandasını darmadağın edib – 4:1. “Cim-bom” liqada özünə məxsus 14 oyunluq qələbə rekordunu təkrarlayıb.
“Sarı-qırmızılar” bu qələbə ilə xallarını 90-a yüksəldiblər.
“Qalatasaray” – “Pendikspor” – 4:1
Qollar: M.İkardi 35, A.Bardakçı 40, D.Mertens 76, K.Aktürkoğlu 90+6 pen. – A.Öztürk 85