Milyonlarla insana təsir edəcək XƏBƏR YAYILDI

İqlim dəyişikliyi səbəbindən qış və payızda günəşli günlərin sayı çoxalacaq, yayda isə istilərin artması səbəbindən çölə çıxmaq çətinləşəcək.

Turanın səsi ” xəbər verir ki, bu barədə ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri açıqlama yayıblar. Aparılan araşdırmalarla ortaya çıxıb ki, iqlim dəyişikliyi səbəbindən açıq havada keçirilən vaxtın müddəti getdikcə azalmağa başlayır.

Araşdırmanın nəticələrinə görə, mülayim hava şəraiti olan ölkələrdə temperaturun artması ilə əlaqədar çöldə qalma günlərinin sayının azalması gözlənildiyi halda, xüsusilə şimal ölkələrinin bu vəziyyətdən faydalanacağı və günlərin sayının artacağı proqnozlaşdırılır. Məsələn, qardaş Türkiyə üçün bu vaxt hal-hazırda orta hesabla ildə 139 gündür. 2100-cü ilə qədər bu rəqəmin pis ssenaridə 14 gün, yaxşı ssenaridə isə 5 gün azalacağı təxmin edilir. Şimal qonşumuz olan Rusiyada isə əks vəziyyət hökm sürür. Ölkədə iqlim böhranının gücləndiyi ssenaridə açıq havada qalma gün sayında 14 gün, iqlim böhranının gözləntilərin altında olduğu ssenaridə isə 8 gün artım olacağı təxmin edilir.

Mütəxəssislər bildirir ki, yay aylarında çöldə keçirilən günlərin sayı gələcəkdə azalsa da, qış və payız aylarında daha çox günəşli günlər görmək mümkün olacaq. Başqa sözlə desək, yayda çöldə keçirdiyiniz günləri itirsəniz də, qış günlərində bu zamanı geri alacaqsınız. Bundan əlavə, sözügedən prosesin yay turizminə ciddi ziyan vuracağı da qeyd edilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir