15-16 aprellə bağlı XƏBƏRDARLIQ
Aprelin 15-16-da geomaqnit qasırğası gözlənilir.
“Turanın səsi ” xəbər verir ki, bu barədə ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumat yayıb.
“Astronomlar aprelin 15 və 16-da bizi “vuracaq” geomaqnit qasırğası barədə məlumat veriblər. Qasırğa G2 (orta) kateqoriyasında olacaq”, – məlumatda deyilir.
Aprelin 11-də UTC vaxtı ilə saat 17:00-da NASA-nın Tətbiqi Geofizika İnstitutunun astronomları AR3633 günəş ləkəsindən M5 (R1) rentgen bölgəsində aşağı intensivlikli günəş alovunu qeydə alıblar.
Püskürmə 500-700 km/s sürətlə plazmanın emissiyası ilə müşayiət olunub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI