Türkiyə İsrailə bir sıra məhsulların ixracına qadağa qoyub

Türkiyə aprelin 9-dan Qəzza zolağında yaranmış vəziyyətlə əlaqədar bir sıra məhsulların İsrailə ixracına məhdudiyyətlər tətbiq edib.

Turanın səsi ”  xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, gələcəkdə ixracı qadağan olunan malların siyahısı genişlənə bilər:

“Qərar İsrail beynəlxalq hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklər çərçivəsində Qəzza zolağında dərhal atəşkəs elan edənə və humanitar yardımın çatdırılmasına mane olmağı dayandırana qədər qüvvədə qalacaq”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir