Ermənistana silah bu yolla daşınır – “…Türkiyə müdaxilə edəcək”

0

İrandan Ermənistana yük təyyarəsi ilə silah daşındığı barədə xəbərlər yayılır. Digər tərəfdən, İrəvana Qara dəniz vasitəsilə də silahların gətirildiyi iddia edilir. Əgər bu doğrudursa, deməli, Qara dənizdən gələn yüklər Türkiyənin nəzarətindən keçir. 

Maraqlıdır, belə olan halda Ankara həmin gəmilərdə nələrin daşındığını öyrənib Azərbaycanı məlumatlandıra bilərmi?

Turanın səsi ” in xəbərinə görə , mövzu ilə bağlı fikir bildirən politoloq Elçin Abdullayev deyib ki, Qara dəniz üzərindən Ermənistana hər hansı silah daşınırsa, bu, mütləq Türkiyə ərazisindən, boğazlarından keçməlidir:

“Türkiyə boğazdan keçən bütün gəmilərə nəzarət edir. Belə hal olsaydı, aşkarlanar, yaxud rəsmi Ankara sözügedən vəziyyətlə bağlı Azərbaycanı məlumatlandırmaqla yanaşı, dərhal müdaxilə edib silah daşınmasının qarşısını alardı”.

Politoloqun fikrincə, rəsmi Ankara və Bakı türk birliyinə gedən yola çıxıblar:

“Türkiyə Qara dəniz vasitəsilə Ermənistana silah daşınmasına göz yumarsa, həmin yol iflasa uğrayacaq. Ankaranın bu yanlışlığa yol verəcəyini düşünmürəm. Yayılan məlumatlar dezinformasiyadır”.

E.Abdullayev qeyd edib ki, son iki gündə İran üzərindən Ermənistana silah daşınması barədə xəbərlər verilir:

“Birinci və İkinci Qarabağ müharibəsi dövründə, həmin zaman aralığında da Tehranın İrəvan lehinə atdığı addımların şahidi olmuşuq. İran rəsmiləri səslənən fikirləri nə qədər inkar etsə də, Azərbaycan siyasi rəhbərliyi və ictimaiyyəti tərəfindən sözügedən addımlar ciddi tənqid olunur.

Görünür, İran yeni dünya düzənində söz sahibi olmağa çalışan digər dövlətlər kimi fəallıq göstərmək istəyir. Ancaq Tehran İrəvana arxa-dayaq olmaqla heç nəyə nail ola bilməyəcək. Çünki Ermənistan dövlət kimi formalaşmasında böyük rol oynayan Rusiyaya xəyanət edib”.

Politoloq Ermənistanın çəkişmə nöqtəsində dayandığını düşünür:

“Rəsmi İrəvan uğrunda Qərblə Rusiya arasında savaş başlayıb. Bunun ortasından İranın çıxması və Ermənistana hakim olması inandırıcı deyil. Tehranın buna gücü çatmaz. İran hazırkı fəaliyyəti region və özü üçün təhlükə yaradır”. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir