Kopırkin: Müşahidə postları Paşinyanın şəxsi xahişi ilə yerləşdirilib
Rusiya sərhədçilərinin Ermənistan və Azərbaycan sərhədində müşahidə postları Baş nazir Nikol Paşinyanın şəxsi xahişi ilə yerləşdirilib.
“Turanın səsi ” xəbər verir ki, bunu “24News” portalına müsahibəsində Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.
O, Ermənistan baş nazirinin 2020-ci ildə vəziyyətin sabitləşməsinə töhfə vermək üçün belə bir xahiş etdiyini vurğulayıb.
Diplomat əlavə edib ki, Ermənistan tərəfi Rusiyanın müşahidə postlarının yerləşdirilməsini hüquqi planda qanuniləşdirməyə cəsarət etməyib.