Paşinyan Şahramanyana qəzəbləndi – “Birdəfəlik son qoyulacaq”

Ermənistan Baş naziri Nikol Paşinyan keçmiş separatçı rejimin İrəvandakı ofislərini bağlamağa hazırlaşır.

Turanın səsi ”  xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Paşinyan administrasiyası ilə separatçılar arasındakı ziddiyyətlər yaxın gələcəkdə daha da güclənə bilər. Mənbə istisna etmir ki, proses separatçıların başçılarının həbsi ilə nəticələnəcək.

Nəşr Paşinyanın “mühacir hökumət” iddiasında olan separatçı Samvel Şahramanyana xəbərdarlıq etdiyini bildirir:

“Baş nazir Nikol Paşinyan dünən kabinetin iclasında qəzəbli bəyanat verdi, açıq şəkildə Samvel Şahramanyana qarşı çıxdı.

Paşinyan ad çəkmədən Şahramanyanı bu sözlərlə tənqid etdi: “Açıq deyirəm, hamıya aydın olsun ki, Ermənistanda bir hökumət var, o hökumət də bu zalda hökumət oturub”.

Baş nazirin sözlərinə görə, Şahramanyan və digər separatçıların keçmiş qondarma qurumla bağlı “mühacir hökumət” sayıqlaması Ermənistanın milli təhlükəsizliyinə təhdid yaradır.

“Past” iddia edir ki, Paşinyan hüquq-mühafizə orqanlarına dərhal bu cür halların qarşısını almağı tapşırıb. Səbəb Şahramanyanın Fransanın “Le Figaro” qəzetinə müsahibəsində Qarabağla bağlı “mühacir dövlət və hökumət” iddiasını dilə gətirməsidir.

Məqalədə qeyd olunur ki, Paşinyanın bəyanatından dərhal sonra həm Şahramanyan, həm də digər separatçılara qarşı rəsmi kampaniya başlayıb. Nəşr yazır ki, Ermənistan rəhbərliyinin hədəfi keçmiş separatçı rejimin İrəvandakı fəaliyyətinə birdəfəlik son qoymaq, ofislərini bağlamaqdır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir