YAP seçki hazırlığına başladı: Siyahı hazırlanır…

0

Bu il ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin ilkin siyahısının müəyyənləşdirilməsinə başlanılıb.

Turanın səsi ” in xəbərinə görə, bu barədə hökumətdəki mənbələr məlumat yayıb.

Qeyd olunur ki, 125 seçki dairəsi üzrə hakim partiyanın namizədlərinin ilkin siyahısı bu yaxınlarda elan ediləcək. “Milli Məclisin YAP-dan olan hazırkı deputlarının bir çoxu siyahıda olmayacaq”, – xəbərdə iddia olunur.

O da bildirilir ki, YAP-ın irəli sürəcəyi namizədlərin seçimində bu dəfə elə namizədlərə üstünlük veriləcək ki, onlar ədalətli seçkidə qazanmaq iqtidarında olsunlar. “Ali siyasi rəhbərliyin mövqeyi budur ki, YAP-ın namizədləri seçkini özləri qazanmalıdır”, – mənbə vurğulayıb.

“AzPolitika.info” özəl mənbələrə istinadla yazır ki, iyun ayında ölkədə yeni  parlament seçkilərinin keçiriləcək yazıb. Halbuki, Konstitusiyanın tələbinə görə, növbəti seçki bu ilin noyabr ayında olmalı idi. Məlumata görə, bunun səbəbi ölkəmizi cari ildə gözləyən çoxsaylı mötəbər beynəlxalq tədbirlərin sıx qrafikidir.

Mənbələrimiz qeyd edir ki, bu dəfə ölkə parlamenti 2020-ci ilin fevralından fərqli olaraq, özünü buraxmayacaq. Bu praktikanı təkrar etməmək qərara alınıb. Ona görə də Milli Məclisin ölkə başçısının müvafiq qərarı ilə buraxılacağı gözlənilir.

Konstitusiyanın 98-ci maddəsində Prezidentin parlamenti buraxmaq səlahiyyətinə malik olduğu təsbit edilib. Həmin maddəyə görə, Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Mərkəzi Bank İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədlərini Prezident tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə Prezident parlamenti buraxır.

Bundan başqa, Konstitusiyanın 94-cü (Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar) və 95-ci (Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər¬) maddələrində, 96-cı (Qanunvericilik təşəbbüsü hüququ) maddəsinin II, III, IV və V hissələrində, 97-ci (Qanunların imzalanmaq üçün təqdim olunması müddəti) maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Prezident Milli Məclisi buraxır. Daha dəqiq desək, Konstitusiyaya görə, Milli Məclisə təqdim edilən layihələrə 20 gün ərzində baxılmazsa və 14 gün müddətinə təsdiq olunmazsa, Prezident parlamenti buraxa bilər.

Göründüyü kimi, bütün bunlar texniki məsələlərdir və böyük ehtimalla ölkə başçısının parlamentin buraxılması barədə qərarından öncə həmin şərtlər təmin olunacaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir