Moldova-Ukrayna sərhədində 5 nəzarət-buraxılış məntəqəsi bağlanıb
Ukraynaya kütləvi raket hücumu nəticəsində Moldova-Ukrayna sərhədində 5 nəzarət-buraxılış məntəqəsinin (keçid məntəqəsi) fəaliyyəti dayandırılıb.
“Turanın səsi” xəbər verir ki, bu barədə Moldovanın “NewsMaker” nəşri məlumat yayıb.
Bildirilib ki, 4 nəzarət-buraxılış məntəqəsi təhlükəsizlik, 1 keçid məntəqəsi isə Ukrayna tərəfdən elektrik enerjisinin kəsilməsi səbəbindən bağlanıb.
Moldova sərhədçiləri həmvətənlərini Ukraynaya səfərləri müvəqqəti təxirə salmağa çağırıb.