Paşinyandan erməniləri şoka salan çıxış: O kəndlər Azərbaycanındır!

0

“Müxalifətçilər deyirlər ki, Ermənistan hökuməti Tavuş rayonunun 4 kəndini Azərbaycana təslim etməyə hazırlaşır, o zaman onlardan soruşmaq lazımdır ki, söhbət Tavuş rayonunun hansı kəndlərindən gedir?”. 

Turanın səsi ” in melumatına göreřþunu Ermənistanın baş naziri Nikol Paşinyan martın 20-də parlamentdə keçirilən “hökumət saatı”nda delimitasiya nəticəsində Azərbaycana qaytarılacaq ərazilərdən təfərrüatlı söz açarkən deyib. 

Paşinyan bildirib: “Biz delimitasiyaya haradan başlayacağımızdan danışarkən söhbət kəndlərdən yox, ərazilərdən gedir”.

“Bu çox mühüm məsələdir. Özünüzü çaşdırmayın. Biz sözügedən kəndlərin qarşısından keçəcək sərhəddən danışırıq. Ermənistanın Bağanis kəndi və Azərbaycanın Bağanis Ayrım kəndi. Bunu yadda saxlayaq ki, bunlar eyni kənd deyil”.

Baş nazir əlavə edib ki, Azərbaycanın istədiyi kəndlər qeyri-anklav kəndləridir, yəni Azərbaycan ərazisindədir:

“Kirants inzibati ərazi dairəsinin başçısı Xremli kəndinin adını çəkdi və mən cavab olaraq soruşdum: Tavuş vilayətində Xremli kəndi varmı? İndi fürsətdən istifadə edərək, mövqeyimizi və nəyə hazır olduğumuzu bildirmək istəyirəm”.

Paşinyan Ermənistan hakimiyyətinin nəyə hazır olduğunu təqdim edib.

“Biz deyirik ki, Ermənistan hökuməti Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında delimitasiyaya aşağıdakı bölmədə başlamağa hazırdır:

Ermənistan Respublikası tərəfdən Bağanis, Azərbaycan tərəfdən Bağanis Ayrım.

Daha sonra Ermənistan tərəfdən Voskepar kəndi və Voskeparın qarşısındakı sərhəd Azərbaycanın Aşağı Əskipara yaşayış məntəqəsinə uyğun gəlir.

Bundan başqa, Ermənistan tərəfdə Kirants kəndi və onunla üzbəüz yerləşən azərbaycanlıların Xeyrimli kəndi.

Berkaber kəndi Ermənistan tərəfdə və onun qarşısındakı sərhədin bir hissəsi Azərbaycan tərəfdən Qızıl Hacılı kəndi ilə üst-üstə düşəcək. Eyni zamanda, Qızıl Hacılı kəndi bu gün də, dünən də, 20 il əvvəl də Azərbaycanın hakimiyyəti altında olub”, – Paşinyan bildirib.

Paşinyanın sözlərinə görə, Bağanis kəndi Ermənistanın xəritəsində yerləşir, Bağanis Ayrım isə xəritədən kənarda olub, yəni Azərbaycanındır.

“Bağanis buradadır və həmişə bu xəritədə qalacaq, Voskepar, Kirants, Berkaber kəndləri də burada qalacaq. Başqa bir məsələ odur ki, sərhədin delimitasiyası ilə əlaqədar Voskeparın təhlükəsizliyi ilə bağlı suallar yaranır və kənd sakinlərinin qaldırdıqları bütün suallar qanunidir”.

Baş nazir onu Tavuş rayonunun kəndlərini Azərbaycana vermək niyyətində olmaqda ittiham edən keçmiş hakimiyyəti günahlandırıb. O deyib ki, əvvəlki hakimiyyət Kirants-Bağanis magistralında heç bir tikinti işi aparmayıb:

“Yüz dəfə bu yoldan keçmişəm, amma yüz birinci dəfə fikir vermişəm ki, Kirantsdan Bağanisə qədər olan yolda mağazalar, kafe və qonaq evləri yoxdur. Axı niyə? Bu ki dövlətlətarası yoldur…”.

Paşinyan əlavə edib ki, Ermənistan Azərbaycanın 4 kəndini qaytarmaqla dövlət sərhədi əldə etmiş olacaq.

Qeyd edək ki, hazırda Qazax rayonunun erməni işğalı altında 7 kəndi var: Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı, Yuxarı Əskipara, Sofulu, Barxudarlı.

Ermənilər 1990-92-ci illərdə işğal etdikləri bu kəndləri qanunsuz olaraq Ermənistanın Tavuş rayonu ərazisinə daxil ediblər.

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanla bu ilin martında keçirdiyi görüşdən sonra rəsmi Bakı işğal edilmiş 4 eksklav olmayan kəndin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) mübahisəsiz və dərhal azad edilməsini istəyib.

“Delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq”, – deyə rəsmi Bakının bəyanatında vurğulanıb.

Ötən həftə Tavuş rayonunda məskunlaşmış ermənilərlə görüşən Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxın işğal altında olan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) Azərbaycana qaytarmağa məcbur olacaqlarını bildirib. Əks halda, o, müharibə olacağını istisna etməyib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir