İlham Əliyev Putinə zəng etdi
Martın 18-də Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.
“Turanın səsi ” xəbər verir ki, o, Vladimir Putini prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib, ona ölkənin inkişafı və firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.
Rusiya dövlət başçısı göstərilən diqqətə və təbrikə görə dövlət başçısına minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı ölkələrimiz arasında müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edilib, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI