Hakan Fidan Bağdaddan birbaşa Bakıya gələcək
Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi Öncü Keçeli məlumat verib.
Bildirilib ki, XİN başçısının səfəri sabah İraqın paytaxtı Bağdadda keçiriləcək görüşlərdən sonra baş tutacaq.
Hakan Fidanın Bakıda Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin IX üçtərəfli görüşündə iştirakı gözlənilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI