Mübariz Qurbanlının yerinə təyinat olacaq – O gətirilir

0

Fevralın 7-də keçirilən prezident seçkilərindən sonra yeni hökümətin tərkibi təsdiqlənsə də, kabinənin iki üzvü – Ədliyyə naziri Fikrət Məmmədov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tutduğu vəzifə ilə vidalaşmalı oldu. 

Turanın səsi ” xatırladır ki, Fikrət Məmmədovun boşaltdığı vəzifəyə qısa müddət sonra təyinat oldu. Ədliyyə nazirinin müavini Fərid Əhmədov onun yerinə təyin edildi. Mübariz Qurbanlının yerinə isə bugünə kimi təyinat olmayıb. 

“Yeni Sabah” bu təyinatın gecikməsinin səbəblərini öyrənə bilib. Məlum olub ki, DQİDK-nin sədri postuna bir neçə namizəd var. Buna rəğmən hakimiyyət qərar verməyə tələsmir. 

Məlumatlı şəxs saytımıza açıqlamasında deyib ki, DQİDK kifayət qədər strateji qurum olduğu üçün hakimiyyət kadr seçimində səhvə yol vermək istəmir. Buna görə də bütün namizədlər süzgəcdən keçirilir, onların üstün və zəif cəhətləri araşdırılır. 

Mənbə deyib ki, yeni sədrin kimliyi artıq bəllidir. O, dini cəhətdən dərin biliyə malik olan, siyasi proseslərin gedişatından kifayət qədər yaxşı anlayan, dövlətə sədaqəti şüphə doğurmayan, müsbət reputasiyaya malik şəxsdir. 

Qərarın yaxın günlərdə elan ediləcəyi gözlənilir. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir