Bayden nüvə silahlarının modernləşdirilməsi üçün təxminən 20 milyard dollar istəyib
ABŞ arsenalındakı nüvə silahlarının modernləşdirilməsi üçün Amerika Prezidenti Cozef Bayden Konqresdən təxminən 20 milyard dollar istəyib.
“Turanın səsi ” xəbər verir ki, bu, konqresmenlərə baxılması üçün təqdim olunan ölkənin büdcə layihəsindən irəli gəlir.
Hazırkı varianta əsasən, Vaşinqton az zənginləşdirilmiş uranın Rusiyadan idxalından asılılığı aradan qaldırmaq üçün bu məhsulun alınmasına da 2,2 milyard dollar xərcləməyi planlaşdırır.
Sənəddə deyilib ki, “Milli Müdafiə Strategiyasını həyata keçirmək, nüvə hücumunun qabaqlanması qüvvələrinin modernləşdirmək və Amerika xalqının təhlükəsizliyini təmin etmək üçün” 19,8 milyard dollar tələb olunacaq.
Bu məbləğ 2021-ci il maliyyə səviyyələri ilə müqayisədə 4,5 milyard dollar artım deməkdir.
Vəsait nüvə triadasının (dəniz, quru və hava silahları) modernləşdirilməsinə, komandanlığın, eləcə də idarəetmə və rabitə vasitələrinin təkmilləşdirilməsinə sərf olunacaq.