Tramp: Başqa ölkələrin dollardan imtina etməsinə icazə verməyəcəyəm
Donald Tramp ABŞ-nin prezident seçkilərində qalib gələrsə, bir sıra dövlətlərin ABŞ dollarından imtina etməsinə imkan verməyəcək.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Tramp CNBC telekanalının efirində bildirib.
Siyasətçinin fikrincə, Vaşinqton bu standartı itirsə, bu, inqilabi müharibəni itirmək kimi olacaq və ABŞ-yə zərbə olacaq: “ABŞ buna imkan verə bilməz”.
Tramp bildirib ki, indi bir çox ölkə dollardan uzaqlaşmaq üçün mübarizə aparır.