Ağ Ev ABŞ əsgərlərinin Ukraynada döyüşməyəcəyini bildirib

“Amerika qoşunları Ukraynada döyüşməyəcək”.

Turanın səsi ” xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə Fransa prezidenti Emmanuel Makronun müttəfiqlərə “qorxaqlıq göstərməmək” çağırışını şərh edərkən deyib.

“Mən prezident Makronun sözlərini təhlil etməyəcəyəm. Onun, şübhəsiz ki, öz fikrini bildirmək hüququ və imkanı var. Mən yalnız ABŞ prezidenti, baş komandan Co Baydenin adından danışa bilərəm. Ukraynadakı münaqişənin əvvəlindən o, Amerika qoşunlarının Ukrayna ərazisində döyüşməyəcəyini açıq şəkildə ifadə edib”-deyə, o bildirib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir