Türkiyədə güclü zəlzələ: İstanbulda da hiss edildi

Türkiyənin Çanaqqala bölgəsində zəlzələ qeydə alınıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Axşam saatlarında baş verən yeraltı təkanlar İstanbul və ətraf vilayətlərdə də hiss olunub.

Məlumata görə, 4,9 bal gücündə zəlzələnin ocağı yerin 10,44 kilometr dərinliyində olub.

Dağıntılar və tələfat barədə məlumat verilməyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir