Professordan zəlzələ xəbərdarlığı: 7 bal gücündə…
Qazi Universiteti Zəlzələ Araşdırma Mərkəzi Qurucu Başçısı Geologiya Mütəxəssisi, professor Süleyman Pampal 6 fevral 2023-cü ildə Kahramanmaraş mərkəzli zəlzələlərdə ən böyük dağıntının yaşandığı və çoxlu itkilərin yaşandığı Hatay haqqında xəbərdarlıq edib.
“Turanın səsi ” bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Ölüdəniz Fay xəttinə diqqət çəkən Pampal deyib:
“Fevralın 6-da baş verən zəlzələlər zamanı bu fay Hatayın Kırıkxan əazisinə qədər qırılıb. Bu ərazidə ən dağıdıcı və tez-tez zəlzələ baş verən faydır. İndi o fay qırılmağa başlayacaq. Əgər başlasa, təəssüf ki, Hatay yenidən dağıdıcı bir zəlzələ yaşayacaq. Bunu nəzərə alaraq, o zəlzələlərə tab gətirmək üçün Hatayı yenidən qurmalıyıq. Bu bölgə, bu fay 7-8 bal gücündə zəlzələlər yaradır. Fay xətti qırılarsa, 7 baldan daha böyük zəlzələ yaradacaq. Bundan Hatayın yuxarı mərkəzi və cənubdakı Suriya təsirlənəcək”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI