İrəvanda rus sərhədçilərə qarşı aksiya: Rədd olun! 

İrəvanın Zvartnots hava limanı yaxınlığında aeroportda xidmət edən Rusiya sərhədçilərinin oradan çıxarılması tələbi ilə etiraz aksiyası keçirilir. 

Turanın səsi ” xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

“Ermənistan Respublikasının vətəndaşı olan ləyaqətli erməni üçün əcnəbinin öz ölkəsinin, evinin qapısını mühafizə etməsi, ölkəyə kimin buraxılıb-buraxılmayacağına əcnəbinin qərar verməsi qəbuledilməzdir.

Gəlin birlikdə Rusiya işğalçısını Ermənistandan qovmaq və suveren dövlət yaratmaq iradəmizi ifadə edək”, – aksiya iştirakçıları müraciətlərində qeyd ediblər.

Aksiyada “Rusiya düşməndir”, “Rusiya alçaqdır”, “Rusiya, Ermənistandan rədd ol” şüarları səsləndirilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir