Sakit okeanda güclü zəlzələ olub
Sakit okeanda 5,8 maqnitudalı zəlzələ olub.
“Turanın səsi ” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.
Xidmətin verilənlərinə əsasən, təbiət hadisəsinin episentri Ficiyə məxsus Ono-i-Lau adasından təqribən 35 km şərqdə olub. Yerli vaxtla saat 12:26-da (Bakı vaxtı ilə 04:26-da) qeydə alınmış yeraltı təkanların ocağı 536,6 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib. Regionda sunami təhlükəsi elan olunmayıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI