Cənubi Koreyada çoxsaylı insan ölümü ilə əlaqədar milli matəm elan edib

0

Cənubi Koreya Prezidenti Yun Sok Yol paytaxt Seulun mərkəzində baş verən, çoxsaylı insan ölümü ilə nəticələnən izdihamla əlaqədar milli matəm elan edib.

Turanın səsi” xəbər verir ki, bu barədə bazar günü “Yonhap” agentliyi məlumat yayıb.

Seulun mərkəzindəki İtxevon küçəsində şənbə günü axşam saatlarında Hellouin bayramının qeyd edilməsi zamanı yaranan izdihamda azı 149 nəfər həlak olub, daha 76 nəfər xəstəxanaya yerləşdirilib. 

Məlumata görə, ölənlər arasında iki əcnəbi də var. Onların milliyyəti barədə məlumat verilmir.

Polis şənbə günü İtxevonda təxminən 100 000 insanın toplaşdığını təxmin edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir