ABŞ Ukraynaya Pentaqonun anbarından sursatlar göndərməyi planlaşdırır

Ağ Ev administrasiyası Ukraynanın ehtiyac duyduğu silah və sursatları Pentaqonun ehtiyatlarından vermək imkanını nəzərdən keçirir.

Turanın səsi ” xəbər verir ki, bu barədə The New York Times iki amerikalı məmura və bir konqresmenə istinadən məlumat yayıb.

ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin rəhbəri Cek Rid bildirib ki, bu təşəbbüs ABŞ Konqresi yeni hərbi yardım paketi ilə bağlı razılığa gələnə qədər Ukraynaya “vaxt almağa” kömək edəcək.

Nəşr qeyd edib ki, Ukraynaya tədarük üçün Pentaqonun ehtiyatlarından istifadə uzun müddətdir ki, tətbiq edilirdi, lakin hazırda ABŞ sursatların ödənilməsi fondu tükəndirib. Buna görə də ABŞ səlahiyyətliləri ölkənin müdafiə qabiliyyətini riskə atmaq istəməyərək tədarükləri dayandırdı.

Eyni zamanda, getdikcə daha çox insan döyüş sursatının dəyişdirilməsi mümkün olmadan Ukraynaya göndərilməsi ideyasını dəstəkləyir. Mənbənin sözlərinə görə, bu, Ukrayna Silahlı Qüvvələrində artilleriya, hava hücumundan müdafiə sistemləri və digər sursatların tükənməsi ilə əlaqədardır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir