Danimarka Ukraynanın bərpasına 1,46 milyon dollar ayırır
Danimarka hökuməti Ukraynanın yenidən qurulması, Danimarka-Ukrayna bələdiyyə əməkdaşlığını gücləndirmək üçün əlavə 10 milyon kron (1,46 milyon dollar) məbləğində vəsait ayırır.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, 2023-cü ilin yazında Danimarka hökuməti bələdiyyələr arasında əməkdaşlığın maliyyələşdirilməsi üçün xüsusi fondun köməyi ilə Ukraynanın yenidən qurulmasına dəstək vermək qərarına gəlib. Dörd illik layihələrə 20 milyon kron ayrılıb.