Sakit okeanda güclü zəlzələ olub
Sakit okeanda 6,3 maqnitualı zəlzələ olub.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Mərkəzin verilənlərinə əsasən, yeraltı təkanların episentri əhalisi təqribən 3,3 min nəfər olan Anqa-Roa şəhərindən (Pasxa adası, Çili) 896 km aralıda yerləşib. Zəlzələnin ocağı 2 km dərinlikdə olub.
Bölgədə sunami təhlükəsi elan olunmayıb.
Xatırladaq ki, daha öncə Sakit okeanda – Kuril adalarının sahilində – güclü zəlzələ olmuşdu.