Azərbaycanda avtomobillər bahalaşacaq

0

“Azərbaycana idxal olunan avtomobillərin qiymətində artım olacaq. Ölkəyə gətirilən köhnə avtomobillər isə ən azı 5 faiz bahalaşacaq”.

Turanın səsi” xəbər verir ki , bunu nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.

O bildirib ki, avtomobillərin qiymətinin bahalaşmasına səbəb ölkəyə idxal olunan avtomobillərə istehsal ili 4-7 ilədək olduqda 400, 7 ildən artıq olduqda 700 manat utilizasiya haqqının ödənilməsidir:

“Fikrimcə, utilizasiya haqlarına görə avtomobil bazarında kəskin qiymət artımı olmayacaq. Sadəcə, əgər kimsə avtomobili satmaq məqsədi ilə ölkəyə idxal edirsə, utilizasiya rüsumu onun üzərinə gələcək. Yəni artım 3-5 faiz olacaq”.

Ekspert qeyd edib ki, hazırda iri avtomobil sənayeçiləri qiyməti artırırlar. Bunu onunla əlaqələndirirlər ki, dünya bazarında ehtiyat hissələrinin, daşınma xidmətlərinin qiyməti yüksəlib. Bu səbəbdən də yay aylarında avtomobillərin qiyməti bahalaşacaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir