Bankların dollar tələbi kəskin artıb – Devalivasiya təhlükəsi var?
Dünən Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 151.1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Bu göstərici ötən hərracdan 2.5 dəfə çoxdur. Belə ki, 8 fevralda keçirilən valyuta hərracında banklar 61.4 milyon dollar alış həyata keçirib. Bəs görəsən banklarda birdən-birə artan bu cür dollar tələbi nədən xəbər verir? Bu tendensiya yaxın gələcəkdə devalivasiya təhlükəsi yarada bilərmi?
“Turanın səsi ” xəbər verir ki , Mövzu ilə bağlı fikir bildirən hüquqşünas və iqtisadçı ekspert Əkrəm Həsənov artımın bankların müştərilərinin dollara olan tələbinin artması ilə izah edib.
“Bankların hərracda hansı məbləğdə pul tələb edəcəyini öncədən heç vaxt müəyyən etmək olmur. Bu onu göstərir ki, bankların müştərilərində tələbat çoxalıb. Belə başa düşmək olar ki, ilin əvvəli sahibkarların biznesində aktivlik artır. Sahibkarlara xarici valyuta yəni dollar lazımdır. Lakin bu uzunmüddətli tendensiya deyil. Biz əgər ötən ilə baxsaq, təxminən eyni dərəcədə tələbat gah artıb, gah da düşüb. Bu da bankların tələbatına bağlı olan bir şeydir. Ona görə bunu devalivasiya ilə əlaqələndirmək düzgün olmaz”.
Ekspert yalnız dollar tələbinin stabil artımı zamanı devalivasiya riskinin ola biləcəyini deyib.
“Devalivasiya o zaman baş verə bilər ki, bankların Mərkəzi Bankdan tələb etdikləri dolların məbləği artan tendensiya ilə davam etsin. Bu tendensiya isə dəyişkən formada davam edir. Hər bir halda Azərbaycanın valyuta ehtiyatları kifayət qədərdir. Hazırda devalivasiya təhlükəsiz yoxdur. Məsələn, növbəti hərracda bankların tələb etdikləri dolların həcmi indikindən çox daha az məbləğdə ola bilər. Ən azı 3-4 ay dollar tələbində yüksəlmə olsun ki, bu hansısa devalivasiya və dollar qıtlığından xəbər versin”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI