DİN-in mətbuat xidmətindən verilən məlumatlar (01.02.2024) (02.02.2024)
Zaqatalada 3-ü avtomat olmaqla 6 odlu silah götürülüb
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 3-ü “Kalaşnikov” markalı avtomat, 1-i yivli “TOZ-8”, 2-si isə ov tüfəngi olmaqla ümumilikdə 6 odlu silah, eləcə də 1 ədəd süngü-bıçaq, 100-ə yaxın patron və 6 ədəd daraq götürülüb. Aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq həmin silahlardan 2-sini vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər.
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində zəruri əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
*
❗Ağsuda bank kartından oğurluq edən və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı bank kartından oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, rayon sakini ona məxsus bank kartından naməlum şəxs tərəfindən pul oğurlanması barədə polisə müraciət edib. Keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, əvvəllər də soyğunçuluq və narkotik vasitələrin kultivasiyası ilə məşğul olduğuna görə məhkum olunmuş Tağı Seyidov saxlanılıb. O, ifadəsinə törətdiyi cinayəti etiraf edib və təqsirləndirilən şəxs qisminə istintaqa cəlb olunub.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbiri nəticəsində isə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Mehdi Əlikramlı saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.
Faktlarla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işləri başlanıb, istintaq aparılır.
*
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə ⤵️
❗Yanvarın 31-də ölkə ərazisində qeydə alınan 57 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
*
❗Axtarışda olduğuna görə ümumilikdə 127, o cümlədən borclu şəxs qismində axtarışda olan 101 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
*
❗Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.
*
❗Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.
*
❗Görüntüləri yayılan A.C-ın sağlamlığında olan psixoloji problemləri ilə bağlı müvafiq psixiatriya xəstəxanasında məcburi müalicədədir.
DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Turanın səsi” in sorğusuna cavab olaraq bildirib ki, yeniyetmə ilə bağlı görüntülərin təkrar paylaşılaraq tirajlanması çaşqınlıq yaradır. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, onunla bağlı qanunla müəyyən olunan bütün tədbirlər icra olunur.
*
❗Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Yanvarın 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd avtomat silahı, 7 ədəd müxtəlif markalı tüfəng, 8 patron darağı və 150 ədəd patron təhvil götürüblər.
*
❗Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 31-də Xankəndi şəhəri ərazisində 1 ədəd pulemyot, 5 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 3 ədəd müxtəlif markalı tüfəng, 3 qumbara alışdırıcısı, 42 ədəd patron darağı, 2256 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
*
❗Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Xırdalan şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Elçin Rəhimov saxlanılıb. Ondan “AK” markalı avtomat silahı və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.
*
❗Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, aparılan tədbirlər nəticəsində şəhər sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı 14 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
*
❗Rəqəmsal mediadan istifadə edərkən kibercinayətkarlıqla üzləşməmək üçün nələrə diqqət etməlisiniz?
Doğruluğuna əmin olmadığınız postlara və ya məzmuna əsaslanaraq hərəkət etməyin. Təsdiq edə bilmədiyiniz (dəqiqliyinə əmin olmadığınız) məlumatı paylaşmaqla və ya ötürməklə yalan informasiyanın yayılmasına səbəb olmayın. Dəqiq məlumat əldə etmək üçün rəsmi və səlahiyyətli mənbələri izləyin. Rəsmi təşkilatları təqlid edə biləcək mesajlar, axtarışlar və ya məzmunlara qarşı diqqətli olun. Şübhəli hallarda cihazınızda, hesablarınızda, bankçılıqda və s. istifadə etdiyiniz şifrələri (parolları) dəyişdirin.
*
❗Oğurluq
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə yanvarın 25-nə keçən gecə şəhər ərazisində 28800 manat pul və qızıl-üzük olan seyfi oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş İmdad Məmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
*
❗DİN-in rəqəmsal polis platforması istifadəyə verildi
Daxili İşlər Nazirliyi polis-vətəndaş münasibətlərində şəffaflığın, operativliyin artırılması və vətəndaş yönümlü xidmətlərin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən innovativ texnoloji həllərin davamı olaraq göstərdiyi elektron xidmətləri daha da əlçatan etdi.
Artıq vətəndaşlar polis idarəsinə getmədən Daxili İşlər Nazirliyinin səlahiyyətində olan bir çox xidmətlərdən onlayn qaydada yararlana biləcək. Bunun üçün E-Polis tətbiqində və ya e-xidmet.mia.gov.az portalında identifikasiya nömrəsi və ya asan login ilə qeydiyyatdan keçmək kifayətdir.
Tətbiqdə bir çox bölmələr mövcuddur. Bölmələrə keçid edərək Daxili İşlər Nazirliyinin səlahiyyətində olan məsələlərlə bağlı informativ məlumatlar əldə edə, sənədlərinizi nəzərdən keçirə və cərimələrinizi onlayn qaydada ödəyə bilərsiniz.
“Yeni müraciətlər” bölməsində vətəndaşlar heç bir yerə getmədən onlayn qaydada elektron imza ilə təsdiqlənmiş məhkumluq haqqında, nəqliyyat vasitəsinin zədələnməsi, nəqliyyat vasitəsinin yüklülük və yol nəqliyyatı hadisəsi ilə bağlı sığorta arayışlarını əldə edə, eləcə də olduğu yer üzrə müvəqqəti qeydiyyata alınmaq üçün müraciət edə bilərlər.
“Virtual 102” bölməsində vətəndaşların qarşılaşdığı məsələlərlə bağlı operativ olaraq görüntü, səs qeydi və yazılı formada müraciət etmək imkanları vardır.
Tətbiqdə həmçinin fəaliyyət istiqamətləri üzrə, eləcə də xidmətə qəbulla bağlı müraciətlər alınır və cavablandırılır.
E-Polis tətbiqini App Store və ya Google play-dən yükləyə bilərsiniz.
*
❗Bakıda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən və ondan çox avtomobilə ziyan vuran sürücü həbs edilib.
Bakı şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsi törətdiyi üçün “Opel” markalı, 77-DK-952 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq paytaxtın mərkəzi küçə və prospektlərində nəqliyyat axınınına əks istiqamətdə hərəkətini davam etdirib.
Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atan, ondan çox avtomobilə ziyan vuran sürücü Zülfüqarov Orxan Şahlar oğlu saxlanılıb və onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı O.Zülfüqarovun narkotik vasitə qəbul etməsi də müəyyən edilib.
Tədbirlərin davamı kimi O.Zülfüqarovun idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib və ümumi çəkisi 2,680 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Toplanılmış materiallar maddi sübutla birgə baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxsin sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayətə görə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
*
❗Qaxda narkotiklərin satışı ilə məşğul olan qonşular saxlanılıb
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, keçirilmiş əməliyyat zamanı rayon sakinləri – əvvəllər də xuliqanlıq və digər cinayətlərə görə məhkum olunmuş Mübariz Mustafazadə və onun qonşusu Firuz Yusifov saxlanılıb. Hər iki şəxsin üzərinə və yaşadıqları ünvanlara baxış keçirilən zaman ümumi çəkisi 4 kiloqram 230 qrama yaxın qurudulmuş marixuana, eləcə də çətənə bitkisinin toxumları aşkar edilib. Araşdırma zamanı saxlanılan şəxslərin həmin narkotik vasitələri ötən ilin yaz aylarında meşəlik ərazidə becərdikləri çətənə bitkilərindən satış və şəxsi istifadələri üçün əldə etdikləri məlum olub. Həmin əraziyə baxış keçirilərkən isə çəkisi 14 kiloqram olan 65 ədəd çətənə bitkisinin qalıqları aşkarlanaraq maddi sübut kimi götürülüb. Onlar ifadələrində narkotiklərin satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Davam etdirilən tədbirlərlə Firuz Yusifovun narkotik vasitəni satdığı rayon sakini, əvvəllər də analoji əmələ görə məhkum edilmiş Kərim Abdullayev saxlanılıb. Polis əməkdaşları tərəfindən onun idarə etdiyi avtomobilə baxış keçirilərkən F.Yusifovdan aldığı qurudulmuş marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
*
❗️ Qubada avtomat satmaq istəyən şəxsdən narkotik aşkarlanı.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayonunda qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan, əvvəllər məhkum olunmuş Rasim Hüseynov saxlanılıb.
Həmin şəxsin üzərindən satmaq məqsədilə gətirdiyi 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar edilərək götürülüb.
Bundan başqa həmin şəxsin üzərindən narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Rasim Hüseynovun barəsində həbs qətimkan tədbiri seçilib.
*
❗Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə 19 ilə yaxın məhkumluq həyatı yaşayan Zaur Paşayev saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı 1 ədəd atəşə yararlı “TT” markalı tapança, həmin silaha aid daraq və 4 ədəd patron aşkar edilərək götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı şəhər ərazisində nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Samir Gözəlov da saxlanılıb. Onun qaçırdığı avtomobilə keçirilən baxış zamanı isə sonuncunun başqa bir avtomobildən oğurladığı 1 ədəd akkumulyator və səs gücləndirici sistemi aşkarlanaraq götürülüb.
Polis əməkdaşları tərəfindən şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və satışının qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı isə şəhər sakinləri, əvvəllər də eyni əməllərə görə məhkum olunmuş Vüsal Əhmədov və Ramin Hacıyev saxlanılıblar.
Həmin şəxslərdən müxtəlif çəkilərdə heroin, metamfetamin və marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Qeyd edilən bütün faktlarla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Araşdırmalar davam etdirilir.
*
Lerik sakininin üzərindən və yaşadığı evdən narkotik aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Ağayev saxlanılıb. Onun üzərindən və yaşadığı evdən ümumilikdə 400 qram marixuana aşkarlanaraq götürülüb. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
*
Bundan əlavə, Lerik RPŞ-nin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində keçirdikləri növbəti əməliyyat və profilaktiki tədbirlər nəticəsində 2 ədəd “Kalaşnikov” avtomatı, 60 ədəd patron və müvafiq sənədləri olmadan qanunsuz saxlanılan 3 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
*
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI