Paşinyan: Rusiya ilə hərbi əməkdaşlıq artıq keçmişdəki kimi ola bilməz

0

Rusiya ilə müdafiə sahəsində əməkdaşlıq artıq keçmişdəki kimi ola bilməz.

Turanın səsi ” Ermənistanın İctimai Radiosuna istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan deyib.

“Biz başa düşməliyik ki, kiminlə hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməliyik. Əvvəllər konsepsiya ilə bağlı heç bir çətinlik olmadığı kimi, belə bir məsələ də yox idi. Əvvəllər Ermənistanın müdafiə sahəsindəki münasibətlərinin 97 %-i Rusiya ilə bağlı idi. İndi bu, obyektiv və subyektiv səbəblərdən ola bilməz”, – o vurğulayıb.

Paşinyanın fikrincə, Ermənistan İran, Hindistan, Gürcüstan, ABŞ, Fransa və Rusiya ilə hansı münasibətlər qurmağı, KTMT-də qalıb-qalmadığını başa düşməlidir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir