Ermənistan ciddi dəyişiklik astanasında: Qərb Paşinyanın yerinə adam tapıb

0

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvləri arasında gərginlik pik həddə çatıb. 

Turanın səsi ” xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb. 

Erməni nəşri yazır ki, hakim partiya üzvlərində artıq qərbyönlü komanda yoldaşına isti münasibət yoxdur, çünki Qriqoryan nə vaxtsa komandadan ayrılıb ön plana çıxa bilər. 

“Əslən “artsax”lı olduğunu inkar edən Armen Qriqoryan Qərb tərəfindən “Vətəndaş müqaviləsi” üzvləri arasında əsas fiqur olaraq seçilib. Hətta qərbli rəsmilər onu Nikol Paşinyanın varisi hesab edir”. 

Qəzetin sözlərinə görə, əgər Paşinyan Qərbin tələblərini yerinə yetirməsə, müqavilə imzalamaqdan imtina etsə və Rusiyaya qarşı aydın siyasət yürütməsə, o zaman onun planlarını tərəddüd etmədən və böyük məmnuniyyətlə həyata keçirəcək Qriqoryanın əvəzlənməsi istisna edilmir. 

KİV əlavə edib ki, hakim partiyanın komandadaxili müzakirələrində deyilir ki, Paşinyan əvvəlcə bu ssenarini ciddi qəbul etmirdisə, indi Armen Qriqoryanın Qərblə müstəqil oyunu onu narahat etməyə başlayıb. 

Xatırladaq ki, son günlər Baş nazir Nikol Paşinyanla partiyadaşları arasında olan münasibət getdikcə gərginləşib. İddialara görə, XİN rəhbəri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Baş nazirin son çıxışlarına münasibəti birmənalı olmayıb. Qəzetin hakim partiyadakı mənbələrinin sözlərinə görə, Paşinyanın konstitusiya ilə bağlı çıxışları fraksiyada fikir müxtəlifliyinə səbəb olub. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir