“Qalatasaray” futbolçusunu 30 milyon avroya “Bavariya”ya satıb – RƏSMİ


Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Saşa Boenin Almaniya çempionu “Bavariya”ya keçidi rəsmiləşib.

Turanın səsi ” xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Münhen klubu 23 yaşlı cinah müdafiəçisi üçün 30 milyon avro ödəyib. “Sarı-qırmızılar” bu keçidə görə əlavə 5 milyon avro da əldə edə bilər. Onun “Bavariya” ilə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, fransalı oyunçu 2021-ci ildən “Qalatasaray”da çıxış edib.

Heydər Əliyevin 100 illik yubileyi ölkə daxilində və xaricdə böyük təntənə ilə qeyd olunur.
Ulu öndər hər zaman Azərbaycan xalqının milli maraqlarını uca tutmuş, SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi vaxtlarda belə həmişə Azərbaycanın müstəqill dövlət olması  üçün çalışmış və bu amal uğrunda fəaliyyət göstərmişdir.
ulu öndər bütün həyatını Azərbaycan xalqının xoşbəxt yaşamasına və Azərbaycan dövlətinin ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasına həsr  etmişdir.

Xalqın haqlı tələbi ilə Heydər Əliyev Bakıya gəldi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi və iyunun 24-də Milli Məclisin qərarı ilə  Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqının səsinin əksəriyyətini qazanan Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.  Ulu öndər Heydər Əliyev Prezident seçildikdən sonra güclü  Azərbaycan dövlətinin təməli qoyuldu və Azərbaycan xalqını rifaha aparan yolun başlanğıcı oldu.  Ölkəmiz bütün sahələrdə böyük inkişaf mərhələsinə qədəm qoydu.

Heydər Əliyev ölkədə baş verən separatçılığın və vətəndaş qarşıdurmasının qarşısını aldı.

1993 cu il  Avqustun 7-də ölkəmizin cənub bölgəsində “Talış-Muğan Respublikası” elan  olunmuşdur.

Avqustun 17-də Milli Məclis “Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında” qərar qəbul etdi və bu hadisəyə siyasi qiymət verilərək bu avantüraya son qoyuldu”.

Məhz Heydər Əliyevin uzaqgörənliyi , müdrikliyi , zəngin idarəetmə və dövlətçilik təcrübəsi , çağdaş Azərbaycan dövlətini yaşadan və inkişaf etdirən ən mühüm  amillərdir .
Bu baxımdan Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı xidmətləri ölçüyəgəlməz və müqayisə edilməzdir .

Heydər Əliyev siyasi kursunu rəhbər tutaraq Prezident cənab İlham Əliyev Azərbaycanın işğal altında olan torpaqlarını işğaldan azad etdi. Prezident cənab İlham Əliyev öz xalqının milli qürurunu qaytarmaqla ata vəsiyyətinə də əməl etmiş oldu.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir