İzmirdə 5,1 maqnituda gücündə zəlzələ olub
Türkiyənin İzmir şəhərinin Menderes rayonunda 5.1 maqnituda gücündə zəlzələ olub.
“Turanın səsi ” xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd olunub ki, zəlzələ Ege dənizində qeydə alınıb. Məlumata görə, zəlzələ 10-15 saniyə çəkib və ətraf rayonlarda da hiss edilib.
Təbii fəlakətin nəticələri barədə hələ ki, məlumat yoxdur.