DİN-in Mətbuat xidmətindən verilən məlumatlar (25.01.2024)(26.01.2024)

0

Yanvarın 26-da ölkə ərazisində qeydə alınan 71, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

*

❗Axtarışda olduğuna görə ümumilikdə 116, o cümlədən borclu şəxs qismində axtarışda olan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

*

❗Narkotiklərlə əlaqəli 45, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.

*

❗Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.

*


Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir

Yanvarın 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 9 ədəd müxtəlif markalı tüfəng, 2 ədəd patron darağı və 399 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

*


Yanvarın 26-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 ədəd avtomat silahı, 1 tapança, 1 ədəd qumbara, 1 alışdırıcı, 4 ədəd müxtəlif markalı tüfəng, 3 ədəd patron darağı və 53 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

*

Tərtər rayonunda silah-sursat aşkar edilib

Tərtər Rayon Polis Ṣöbəsinin əməkdaşları tərəfindən silahların tapılaraq yığılması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan ” Turanın səsi” nə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayon ərazisindən 2 avtomat, 4 tüfəng, qumbaralar, avtomat daraqları və patronlar aşkar olunaraq götürülüb.

*


Polis əməkdaşlarının yanvarın 26-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 8,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5,6 kiloqramdan artıq marixuana, 1,4 kiloqramdan çox heroin, 1,1 kiloqrama yaxın metamfetamin, həmçinin 497 ədəd metadon və tramadol həbləri olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

*


Oğurluq

Abşeron rayonu ərazisində Saray qəsəbə sakininin bank kartından hesabındakı 1230 manat pulunun oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Raqif Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun Xırdalan şəhər sakini olan daha bir nəfərin bank kartından hesabındakı 931 manatını oğurlaması da məlum olub.

*

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri ilə Xırdalan şəhər sakininin içərisində pulu, sənədi və bank kartları olan pulqabısını, həmin bank kartından isə hesabındakı 647 manat pulunu oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Maarif Rzayev müəyyən olunaraq saxlanlılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

*

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla yanvarın 19-da Nizami rayonu ərazisində bir qadının çantasından 200 manat və 200 ABŞ dollarını oğurlamaqda şübhəli bilindiyinə görə saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rahil Kazımovun müxtəlif vaxtlarda daha bir qadının çantasından 700 manatını, bir nəfərin isə içərisində sənəd və bank kartları olan pulqabısını oğurlaması da müəyyən edilib.

*
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Sabunçu qəsəbəsində evlərin birindən 1500 manat dəyərində gümüş, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Sadıxov saxlanılıb.

Araşdırmalarla onun narkotiklərlə əlaqəli cinayətə görə axtarışda olması da məlum olub.

*


Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Amin Çərkəzov saxlanılıb.

Ondan 3 ədəd “F-1” qumbarası aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

*
Oğurluq

Yanvarın 25-də Nərimanov rayonu ərazisində bir nəfərin 25.000 manat pulunun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Ağstafa rayon sakini Elfaq Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

*

❗Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, aparılan tədbirlər nəticəsində bir nəfər şəhər sakini bir müddət əvvəl tapdığı 1 ədəd avtomatı, 1 ədəd daraq və 30 ədəd patronu könüllü olaraq polis əməkdaşlarına təhvil verib.
Faktlarla bağlı araşdırmalar aparılır.

*
Oğurluq

Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda rayon ərazisində 6 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Sübhan Quliyev saxlanılıb.
Araşdırma aparılır.

*


Oğurluq

Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Süleyman Süleymanlı saxlanılıb. Ondan heroin aşkar olunaraq götürülüb.

Araşdırmalarla onun müxtəlif vaxtlarda şəhər ərazisində 3 evdən 3900 manat dəyərində noutbuk, məişət əşyaları və təmir alətləri oğurlaması da müəyyən olunub.

*

Abşeronda ötən gün keçirilən tədbirlər zamanı 13 ədəd odlu silah əməliyyat yolu ilə aşkar edilib, 27 ədəd ov tüfəngi polis əməkdaşlarına təhvil verilib, 10 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hüquqpozmalara qarşı ötən gün növbəti əməliyyat və profilaktik tədbirlər keçirilib. Tədbirlərlə ümumilikdə 13 ədəd odlu silah əməliyyat yolu ilə aşkar edilib, vətəndaşlarda olan 27 ədəd ov tüfəngi polis əməkdaşlarına təhvil verilib. Qobu, Saray və Mehdiabad qəsəbələri ərazilərindən 8 ədəd əl qumbarası və 25 ədəd mərmi təhlükəsizlik tədbirləri görülməklə həmin ünvanlardan götürülüb. Narkotiklərə qarşı keçirilən 17 əməliyyat zamanı 10 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Belə ki, Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş Rafiq Bədirovdan “Makarov” markalı tapança, 7 patron, eləcə də Mehdiabad qəsəbəsi ərazisindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 12 ədəd patron, Abşeron rayon sakini olan Pərvanə Musayevadan satmaq məqsədi ilə əldə etdiyi 3 kiloqramdan artıq marixuana aşkar edilib. Vətəndaşlar tərəfindən 14 ədəd tüfəng Mehdiabad Polis Bölməsinə təhvil verilib.
Saray Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Zülfi Ağadadaşov və Sübhi İsmayılovdan ümumilikdə 2 ədəd “Makarov” markalı tapança və 7 ədəd patron aşkar edilib. Vətəndaşlar tərəfindən 2 ədəd ov tüfəngi Saray Polis Bölməsinə təhvil verilib. Ceyranbatan qəsəbəsində vətəndaşlara qarşı soyğunçuluq edən əvvəllər məhkum olunmuş Samir Məmmədov də saxlanılaraq məsuliyyətə cəlb olunub.
Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Ramid Məmmədovdan “Kalaşnikov” avtomatı, 9 ədəd patron, Ayaz Heydərovdan “Makarov” markalı tapança və 4 ədəd patron aşkar edilib. Vətəndaşlar tərəfindən 8 ədəd ov tüfəngi Qobu Polis Bölməsinə təhvil verilib. Narkotiklərin satışını təşkil edən Abşeron rayon sakini Araz Alxasovdan isə 1 kiloqrama yaxın heroin, metamfetamin, eləcə də 20 ədəd metadon həbi aşkar olunub. Qobu qəsəbəsində mənzillərdən oğurluq edən Zakir Salmanov da qeyd edilən tədbirlərin nəticəsi olaraq saxlanılıb.
Abşeron RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Toğrul Qasımov, Murad Hüseynov, Muxtar Abdullayev, Şahid Məmmədov, Nəcməddin Əlizadə, Samran Əliyoldaşov və Natiq Şıxəliyevdən ümumilikdə 7 ədəd “Kalaşnikov” avtomatı, 7 ədəd sandıqca və 41 ədəd patron aşkar edilib. Vətəndaşlar tərəfindən 3 ədəd ov tüfəngi İdarəyə təhvil verilib. Taksi fəaliyyəti adı altında narkokuryerlik edən Azər Ağakişiyevin idarə etdiyi “Toyota Prius” markalı avomobildən 4 kiloqramdan çox marixuana aşkar olunub. Abşeron rayonunda müxtəlif vaxtlarda 20 avtomobilin şüşəsini qıraraq oğurluq edən Sabirabad rayon sakini Ümid Mirzəyev də tədbirlərin nəticəsi olaraq saxlanılıb. Rayon ərazisində oğurluqlar və müxtəlif cinayət törətdikləri üçün axtarışda olan 5 nəfər saxlanılıb, “isti izlərlə” 20 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 47, xırda xuliqanlığa və xırda talamaya görə 44 fakt aşkarlanıb, mülki axtarışda olan 23 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bununla yanaşı, Abşeron rayon DYPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan 100-dən artıq, spirtli içkinin təsiri altında sükan arxasına əyləşən və nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən 28, dayanma-durma qaydalarını pozan 321 sürücü inzibati məsuliyyətə cəlb edilib.

*

Kəlbəcərdə silah-sursat tapılıb

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı rayon ərazisindəki müxtəlif yerlərdən 1 ədəd “RPQ” markalı pulemyot, 2 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd avtomat darağı, 26 ədəd “F1” markalı əl qumbarası və 19 ədəd əl qumbarasının alışqanı aşkar edilib.
Tapılan silah-sursat aidiyyəti üzrə təhvil verilib.

*

Xızı polisi silahlı şəxs və yarım kiloqrama yaxın narkotik aşkar edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Mehman Axundov saxlanılıb.

Həmin şəxsin üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 21 ədəd güllə aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini, əvvəllər məhkum edilmiş Mehrab Həmidli saxlanılıb.
Həmin şəxsin üzərindən yarım kiloqrama yaxın (470 qram) narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Xızı RPŞ-də hər iki şəxsin barəsində cinayət işi başlanılıb.

*


Polis əməkdaşlarının yanvarın 26-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 8,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5,6 kiloqramdan artıq marixuana, 1,4 kiloqramdan çox heroin, 1,1 kiloqrama yaxın metamfetamin, həmçinin 497 ədəd metadon və tramadol həbləri olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

⤵️

TURANIN SƏSİ” ____Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir