DİN-in mətbuat xidmətindən verilən məlumatlar (25.01.2024) (26.01.2024)
❗️ Qubada bir neçə şəxsin sosial yardım, pensiya düzəltmək adı ilə pullarını mənimsəyən şəxs saxlanılıb
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan “Turanın səsi ” nə daxil opan məlumatda Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Ülkər Kərimova saxlanılıb.
O, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində sosial müavinət, pensiya düzəldəcəyi adı ilə zərərçəkənləri aldadaraq onların ümumilikdə 11 500 (on bir min beş yüz) manat pullunu mənimsəyib.
Həmin şəxs ifadəsində etdiyi dələduzluq əməllərini səmimi etiraf edib.
Ü.Kərimovanın əməllərindən zərər çəkən şəxslərdən DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə və ya Quba RPŞ-nin (+994 23 335 35 11) şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.
*
❗DİN-in Mətbuat xidmətindən verilən məlumata görə ⤵️
Yanvarın 24-də ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
*
Axtarışda olduğuna görə ümumilikdə 54 , o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
*
Narkotiklərlə əlaqəli 44, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.
*
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.
*
❗Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Yanvarın 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat silahı, 1 tapança, 9 ədəd müxtəlif markalı tüfəng, 7 ədəd patron darağı və 2068 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
*
❗Yanvarın 24-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 2 tapança, 6 ədəd müxtəlif markalı tüfəng, 3 ədəd patron darağı və 22 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
*
❗Polis əməkdaşlarının yanvarın 24-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 42,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 42 kiloqrama yaxın marixuana, 400 qrama yaxın heroin, 290 qramdan çox metamfetamin və 3034 ədəd metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
*
❗İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı rayon sakini Nurəddin Abbaslı saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı sellofan bükümlərdə qablaşdırılmış heroin aşkarlanıb. Dindirilmə zamanı N.Abbaslı həmin vasitələri Rəşad adlı şəxsdən əldə etdiyini bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq keçirilən tədbirlər nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirməkdə şübhəli bilinən rayon sakini Rəşad Ağayev də saxlanılıb. Bundan əlavə, sonuncunun rayon ərazisində müvəqqəti olaraq yaşadığı ünvanda tiryəkxana təşkil etdiyi də müəyyən edilib.
R.Ağayevin yaşadığı ünvana keçirilən baxış zamanı sellofan və kağız bükümlərdə qablaşdırılmış müxtəlif çəkilərdə heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb. Həmçinin əməliyyat tədbiri zamanı həmin ünvanda narkotik vasitə qəbul edən iki nəfər şəxs də müəyyən edilərək saxlanılıb. Hər iki şəxs dindirilmə zamanı tiryəkxanaya narkotik vasitə qəbul etmək üçün gəldiklərini və pul müqabilində R.Ağayevin onlara şərait yaratdığını bildiriblər.
Faktla bağlı İmişli RPŞ-də araşdırmalar davam etdirilir.
*
❗Nəqliyyat vasitəsinin qaçırılması
Yanvarın 23-də Xaçmaz rayonunun Barlı kəndi ərazisindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Quba və Neftçala rayon sakinləri olan iki yeniyetmə avtomobillə saxlanılıblar.
Araşdırma aparılır.
*
❗Oğurluq
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 19-da rayon ərazisində bir qadının çantasından 200 manat və 200 ABŞ dolları pulunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rahil Kazımov saxlanılıb.
Araşdırma aparılır.
*
❗Yasamal rayonunda son 20 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 30 nəfər saxlanılıb
Yasamal Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan ümumilikdə 30 nəfər saxlanılıb. Həmin şəxslərdən 5 kiloqram heroin, tiryək, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları əsasən İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalar aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
*
❗Vətəndaşlar odlu silahları polisə təhvil veriblər
Qanusuz saxlanılan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, Oğuz, Zaqatala və Göyçay Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində vətəndaşlar ümumilikdə 4 odlu silahı könüllü təhvil veriblər.
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat zamanı isə rayon sakinindən qanunsuz olaraq saxladığı 1 ədəd ov tüfəngi götürülüb.
*
❗Gəncədə ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Turanın səsi ” verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında şəhər ərazisində sərnişinlərin sıx olduğu vaxtlarda şəhərdaxili avtobuslarda cibgirlik etməkdə şübhəli bilinən Mətləb İsmayıllı saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, şübhəli şəxs avtobusdakı sərnişinin cibindən 600 manat nağd pulu oğurlayaraq ələ keçirib. M. İsmayıllının digər anoloji cinayətlər törətməsi istisna edilmədiyindən faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.
*
❗Zərdabda vətəndaşlara qarşı dələduzluq edərək zərərçəkmişlərin pullarını və iribuynuzlu heyvanlarını ələ keçirən şəxs saxlanılıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, 4 nəfər Zərdab rayon sakini Rayon Polis Şöbəsinə müraciət edərək Fariz adlı şəxsin onlara qarşı dələduzluq etdiyini, yalan vədlər verərək pullarını və iribuynuzlu heyvanlarını ələ keçirdiyini bildiriblər.
Daxil olmuş müraciətlər əsasında Zərdab RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməlləri törətməkdə şübhəli bilinən rayon sakini Fariz Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib.
Dindirilmə zamanı o, törətdiyi dələduzluq faktlarını etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, F.Əliyev ötən ilin iyun ayında bir nəfər rayon sakininin etibarından istifadə edərək ona birlikdə ət məhsullarının satışını həyata keçirəcəyini və qazanc əldə edəcəkləri vədini verib və sonuncunun 11000 manat pulunu ələ keçirib. Noyabr ayı ərzində isə rayonun Körpükənd və Qoruqbağı kənd sakini olan 3 təsərrüfatçının etibarından istifadə edən saxlanılan şəxs onlara məxsus ümumilikdə 6 baş iribuynuzlu heyvanı ələ keçirib və dəyərindən ucuz qiymətə satıb.
Zərərçəkmişlərə ümumilikdə 22000 manatdan artıq maddi ziyan vuran F.Əliyev əldə etdiyi pulları xərcləyib.
Faktlarla bağlı Zərdab RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları həmin şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər F.Əliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə, həmçinin Zərdab RPŞ-yə məlumat vermələri xahiş olunur.
*
❗DİN-in Mətbuat xidmətindən verilən məlumata görə ⤵️
Yanvarın 25-də ölkə ərazisində qeydə alınan 86, əvvəlki dövrlərdən bağlı qalan 44 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
*
Axtarışda olduğuna görə ümumilikdə 143, o cümlədən borclu şəxs qismində axtarışda olan 112 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
*
Narkotiklərlə əlaqəli 46, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 65 fakt müəyyən edilib.
*
Cinayət törətməkdə şübhəli bilinən 79 nəfər saxlanılıb.
*
❗Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Yanvarın 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 ədəd avtomat silahı, 8 ədəd qumbara, 7 alışdırıcı, 36 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı və 101 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
*
❗Yanvarın 25-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 8 ədəd avtomat silahı, 4 tapança, 3 ədəd qumbara, 15 ədəd müxtəlif markalı tüfəng, 12 ədəd patron darağı və 72 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
*
❗Polis əməkdaşlarının yanvarın 25-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 17,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 13 kiloqramdan artıq marixuana, 3,3 kiloqramdan çox heroin, 1,6 kiloqrama yaxın metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
⤵️
“TURANIN SƏSİ” ___ Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09