Ankarada Türkiyə və İran prezidentlərinin görüşü baş tutub – YENİLƏNİB
İran Prezidenti İbrahim Rəisi Türkiyədə rəsmi səfərdədir.
“Turanın səsi ” xəbər verir ki, onu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan rəsmi mərasimlə qarşılayıb.
Hazırda iki prezident arasında təkbətək görüş keçirilir.
12:40
İran Prezidenti İbrahim Rəisi Türkiyəyə rəsmi səfərə yola düşüb.
“Turanın səsi ” İran mətbuatına istinadən bildirir ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə həyata keçirilir.
Səfər çərçivəsində iki ölkə prezidentlərinin təkbətək görüşü olacaq. Sonra R.T.Ərdoğan və İ.Rəisinin sədrliyi ilə İran-Türkiyə Yüksək Əməkdaşlıq Şurasının səkkizinci iclası keçiriləcək.
Daha sonra prezidentlərin mətbuat konfransı olacaq.
İ.Rəisi Ankaraya yola düşməmişdən əvvəl hava limanında jurnalistlərə açıqlama verib. O bildirib ki, səfər zamanı ikitərəfli əlaqələri, xüsusən də iqtisadi və ticarət məsələlərini müzakirə etməyi planlaşdırır.
İ.Rəisinin sözlərinə görə, səfər zamanı iki ölkənin ticarət-iqtisadi əlaqələrini inkişaf etdirmək üçün mühüm sənədlər imzalanacaq.
Qeyd edək ki, İ.Rəisinin Türkiyəyə səfəri yanvarın 4-nə nəzərdə tutulmuşdu. Ancaq ictimaiyyət üçün açıqlanmayan səbəblərdən səfər bir neçə dəfə təxirə salınmışdı.