Azərbaycanda məhkəmə sədrinin oğlu həbs olundu
Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyevin oğlu Məzahir Quliyev həbs edilib.
“Turanın səsi ” in bu barədə əldə etdiyi məlumatda məlumata görə, məhkəmə sədrinin oğlu Məzahir Quliyev dələduzluqda günahlandırılır.
Onun barəsində istintaq orqanının təqdimatı ilə həbs-qətimkan tədbirinin seçildiyi deyilir.
Məlumata görə, məhkəmə sədrinin oğlunun barəsində həbs-qətimkan tədbirinin seçilməsinə səbəb ikinci dəfə eyni cinayətdə təqsirli bilinməsidir.
Belə ki, Məzahir Quliyev bundan əvvəl dələduzluq əməlinə görə şərti cəza alıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI
Qeyd edək ki, İlqar Quliyev “Tərtər İşi” çərçivəsində qanunsuz ittihamlarla həbs edilən çoxsaylı hərbçilərə hökm çıxarıb.