Jurnalist Elnarə Qasımova barəsində həbs qətimkan tədbiri seçildi
“Abzas Media” saytının əməkdaşı Elnarə Qasımova barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
“Turanın səsi ” in məlumatına görə, Xətai rayon məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə E.Qasımova barəsində 2 ay 17 günlük həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, E.Qasımovaya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI