Azərbaycanda bu şəxslərin tenderlərə qatılması qadağan edildi
Baş nazir Əli Əsədov “Satınalmalara cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi”nin təsdiq edilməsi və “Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi”nin təsdiq edilməsi haqqında” qərar imzalayıb.
“Turanın səsi” xəbər verir ki, qərarla aşağıdakı şəxslər dövlət satınalmalarında iştirak edə bilməz.
Satınalmalara cəlb olunan vəzifəli şəxs aşağıdakılar barədə satınalan təşkilatın rəhbərliyinə dərhal məlumat verməyə borcludur:
– xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında toqquşma yarada biləcək halların olması;
– təchizatçı qismində çıxış edən fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri, təchizatçının digər işçisi və ya nümayəndəsi, habelə təchizatçı qismində çıxış edən fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1-ci maddəsinə əsasən təchizatçının aidiyyəti şəxsinin və ya nümayəndəsinin qohumları (ər-arvadlar, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülmüş şəxslər, babalar, nənələr, nəvələr, doğma (ögey) bacılar və qardaşlar, bacı və qardaşların övladları, bacıların ərləri, qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, ər-arvadların valideynləri, bacıları və qardaşları), eləcə də təchizatçı ilə təsisçilik və (və ya) hüquqi və maliyyə asılılığına səbəb olan digər münasibətdə olması;
– satınalmalardan əvvəlki üç il ərzində satınalmalarda iştirak edən təchizatçının işçisi və ya vəzifəli şəxsi olması;
– təchizatçının, onun tabe olduğu baş müəssisənin və ya onun filialının (nümayəndəliyinin) əməkdaşı olması.
– Satınalmalara cəlb olunan vəzifəli şəxs maraqların toqquşmasının qarşısının alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görməlidir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI