Azərbaycanda bu bankdan 1,5 milyard manat əmanət geri çəkilib

0

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) 2023-cü ildə 2,6% kiçilib. 

Belə ki, dövlət bankının aktivləri ötən il aktivləri 370,6 milyon manat azalaraq 13,668 mlrd. manata enib. 

2022-ci ildə bankın aktivləri 14,038 mlrd. manata bərabər olub. 

Bankın öhdəlikləri isə 4,4% və ya 548 milyon manat azalaraq 11,858 milyard manata enib. 

Bu isə əsasən bankın ümumi depozit portfelinin kiçilməsi ilə bağlıdır. ABB-nin depozit portfeli 2023-cü ildə 11,5% və ya 1,23 milyard manat azalaraq 9,396 milyard manata enib. 

Fiziki şəxslərin bankdakı əmanətlərinin həcmi 13% artaraq 2,154 milyard manata bərabər olub. Hüquqi şəxslərin əmanət portfelində isə əksinə azalma müşahidə edilib. Belə ki, ötən il şirkətlər ABB-dən 1,473 milyard manat həcmində əmanəti geri çəkib. Bankın sözügedən əmanət portfeli nəticədə 7,241 milyard manata kimi azalıb. Halbuki, 2022-ci ildə bu rəqəm 8,715 milyard manat təşkil etmişdi. 

ABB həmçinin ötən il  Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri 78,8 milyon manatlıq öhdəliklərini sıfıra endirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir