Nazir müavini: “Gediş haqqı məsələsi sərnişindaşımaya investisiya axınına mane olur”

0

“Nazirlik olaraq biz şəhərdaxili sərnişindaşımaya zəruri investisiya axınını görə bilmirik. Buna müəyyən məsələlər, o cümlədən gediş haqqı məsələsi mane olur”.

Turanın səsi”  xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nazirinin müavini Rəhman Hümmətov nəqliyyatla bağlı problemlərin ictimai müzakirəsində deyib.

Müzakirələrdə nazirlik yanında İctimai Şuranın üzvləri, nəqliyyat sahəsi üzrə ekspertlər iştirak edib. R.Hümmədovun sözlərinə görə, investisiyaların azdığı bu sahədə problemlərə səbəb olur: “Son nəticədə şəhərdə digər növ sərnişindaşıma fəaliyyətlərinin şahidi oluruq. Hamımız xatırlayır ki, müəyyən dövrlərdə, 90-ci illərin əvvəllərində nəqliyyat sektoruna vəsaitlərin gəlməməsinə görə biz nəqliyyatda istifadə edilən avtomobillərin köhnəlməsinin şahidi olmuşuq. Sonrakı dövrlərdə müəyyən tədbirlər sayəsində avtobusların yenilənməsinin şahidi olduq”.

Nazir müavini əlavə edib ki, digər məsələ sürücülərin təlim-tədrisi ilə bağlıdır: “Onların sertifikasiyadan keçirilməsi üçün işlər görülüb”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir