DİN-in mətbuat xidmətindən verilən məlumatlar (09.12.2024)

0

Biləsuvarda “Kalaşnikov” avtomatı aşkarlanıb.

Biləsuvar şəhəri PMK-19 yaşayış massivinin yaxınlığındakı çöl sahəsindən silah tapılması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd “AK-74” markalı avtomat aşkarlanaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.

*

Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü məsuliyyətə cəlb edilib

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Turanın səsi ùìverilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində idarəsində olan “Mersedes” markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydasına pozduğuna görə rayon sakini Rahil İsmayılov saxlanılıb. Müvafiq araşdırmalar zamanı sürücünün avtomobili narkotikin təsiri altında idarə etdiyi müəyyən edilib. Həmin sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. O məhkəmənin qərarına əsasən 1 ay müddətinə inzibati qaydada həbs edilib və sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb.

*

❗️ Qusarda silsilə oğurluqlar edən şəxs saxlanılıb.

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindən baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayonun Avaran qışlaq kənd sakin Emin Vəlixanov saxlanılıb.

Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində olan bağ massivlərindən bağçılıq təsərrüfatında istifadə edilən müxtəlif avadanlıqlar oğurlaması müəyyən edilib.
O, ümumilikdə zərərçəkmişlərə 4136 manatdan çox zərər vurub.

Faktlarla bağlı Qusar RPŞ-də Emin Vəlixanovun barəsində cinayət işi başlanılıb.

*


DİN-in Mətbuat xidmətindən verilən məlumata görə,

Yanvarın 8-də ölkə ərazisində qeydə alınan 77, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

*

❗Borclu şəxs qismində axtarışda olan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

*

❗Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 63 fakt müəyyən edilib.

*

❗Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

*


Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir

Yanvarın 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 ədəd avtomat, 1 tapança, 3 ədəd qumbara, 1 alışdırıcı, 30 ədəd müxtəlif markalı tüfəng, 10 patron darağı və 766 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

*

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, polis əməkdaşları tərəfindən 3 avtomat, 1 pulemyot, 1 qumbaraatan, patronlar və digər sursatlar aşkar edilərək götürülüb.

Bundan əlavə keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakinləri özlərində olan 3 ov silahını da polis əməkdaşlarına təhvil verib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

*


Polis əməkdaşlarının yanvarın 8-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 22,9 kiloqramdan çox narkotik vasitə, həmçinin 1048 ədəd narkotik tərkibli həb aşkar olunaraq götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 11 kiloqram 940 qram heroin, 7 kiloqram 727 qram marixuana, 1 kiloqram 23 qram tiryək, 2 kiloqram 220 qram metamfetamin, həmçinin 1048 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

*

Ölkəyə 29 kiloqram narkotik maddə gətirən “balıqçı” saxlanıldı


Polis əməkdaşlarının yanvarın 8-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 22,9 kiloqramdan çox narkotik vasitə, həmçinin 1048 ədəd narkotik tərkibli həb aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

*


Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Nazim Məmmədqasımov saxlanılıb.

Ondan 1 kiloqram 145 qrama yaxın marixuana, həmçinin heroin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

❗Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Orxan Umudov Biləcəri dəmir yolu stansiyası ərazisində saxlanılıb.

Ondan 315 qram metamfetamin və 436 qramdan artıq marixuana aşkar olunaraq götürülüb.

Araşdırma aparılır


Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Bakı Metropolitenində və Səbail rayonu ərazisində 6 qadının ciblərindən və çantalarından mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri, əvvəllər soyğunçuluq və quldurluğa görə məhkum olunmuş Rəfail Bəkirov və yeniyetmə qardaşı müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.


Bakıda tapança satmaq istəyən şəxs saxlanılıb

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Şöbəyə əvvəllər məhkum olunmuş paytaxt sakini 1962-ci il təvəllüdlü Əziz Zeynalovda silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs saxlanılıb və onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 16 ədəd patron və 2 ədəd sandıqça aşkar edilərək götürülüb. Ə.Zeynalov odlu silah-sursatı bir neçə ay bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Faktla bağlı 19-cu Polis Şöbəsində toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Şirvanda saxta dollar satan dəstə üzvləri saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə şəhər ərazisində saxta pulların dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb.
Şöbə əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pərvin Abdullayev Şirvan şəhəri ərazisində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 37 ədəd saxta 100 dollarlıq əskinazlar aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində saxta əskinasları birgə qazanc əldə etmək məqsədilə tanışı Elyanur adlı şəxsdən əldə etdiyini bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq Şirvan şəhər sakini Elyanur Mirzəyev də saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Saxlanılanların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

*

Yeni Günəşli və Zığ qəsəbəsində yaşayan 3 nəfər qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər

Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.
Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə müraciət edən Yeni Günəşli və Zığ qəsəbəsində yaşayan 3 nəfər dünyasını dəyişən qohumlarından qalan qanunsuz saxladıqları ümumilikdə 3 ədəd ov tüfəngini könüllü olaraq bölmə əməkdaşlarına təhvil veriblər.
Əhalidə saxlanılan qanunsuz odlu silahların təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün hər 3 vətəndaşa təşəkkür edilib.

*

Masallıda meşədən “Kalaşnikov” avtomatı aşkarlanıb.

Masallı rayonu ərazisindəki meşə dolayından silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan sellofan torbaya bükülmüş 1 ədəd “Kalaşnikov” konstruksiyalı avtomat və 30 ədəd patron aşkarlanaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.
Yanvarın 10-də saat 02 radələrində Sumqayıt şəhərində 1990-cı il təvəllüdlü Piriyev Həsənalı Əli oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1983-cu il təvəllüdlü Quliyev Seymur Şahmar oğlu saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Yevlax Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində tapança aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq silah-sursat əldə edib daşımaqda şübhəli bilinən rayon sakini İlkin Baxşəliyev saxlanılıaraq şöbəyə gətirilib. Onun üzərində müvafiq qaydada aparılan baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus daraq və 3 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax XPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir