Fazil Mustafa OD PÜSKÜRDÜ: “Qaşınmayan yerdən qan çıxartmaq…” 

0

“ABŞ Dövlət Departamentinin Azərbaycanda dini vəziyyətlə bağlı apardığı təhlillər siyasi durumla bağlı apardığı təhlillərin hansısa formada gücləndirici elementi kimi düşünülür və hər zaman neqativ qiymətləndirməyə üstünlük verilir”. 

Turanın səsi ” xəbər verir ki , bu fikirləri açıqlamasında millət vəkili Fazil Mustafa deyib. 

Millət vəkilinin fikrincə, ola bilsin ki, siyasi sahədə Amerikanın arzuladığı hansısa məqamları Azərbaycanda görə bilmirlər, yaxud da onlara aid ola biləcək şəxslərə ölkəmizdə lazımi səviyyədə imtiyaz tanınmır: 

“Ona görə də siyasi sənədlərdə bunu anlayışla qarşılamaq olar. Çünki Azərbaycan ikili standartlara alışıb. Buradan obyektivlik də gözlənilmir. Amma dini məsələ ilə bağlı o qədər mənasız, absurd bir sənəd təqdim edirlər ki, insan həqiqətən də təəccüblənir. Çünki dini vəziyyətlə bağlı Azərbaycanda xüsusi bir problem yoxdur. Problem məhz ABŞ-ın özünün də narahat olduğu dini radikalizmlə bağlı Azərbaycan hökumətinin gördüyü tədbirlərdir, atılan addımlardır. İstənilən ölkə suverenliyi üçün təhlükə gördüyü elementlərə qarşı bu addımları atmalıdır. Necə ki, ABŞ atır. 

Eyni zamanda Yaxın Şərqdə, bölgədə baş verən hadisələr və başqa məsələlərlə bağlı onların tez-tez həyəcan siqnalı qaldırdığı məsələlər əslində Azərbaycan tərəfindən daha aydın şəkildə mübarizə istiqaməti olaraq götürülür. Bu istiqamətdə də müəyyən işlər görülür. Ona görə də dini vəziyyətlə bağlı qaşınmayan yerdən qan çıxartmaq məqsədyönlü xarakter daşıyır. Bunun da erməni ictimai quruluşları tərəfindən hazırlanıb qəsdən sənədlərin içərisinə soxuşdurulması onu göstərir ki, məhz Azərbaycanı bütün sahələrdə güvənsiz bir ölkəyə çevirmə anlayışı burada hakim kəsilib. Amma real vəziyyət bu deyil. Bizdə hansısa bir dini icmaya qarşı – katolikə, pravoslava, yəhudiliyə qarşı, onların müəssisələrinə, ibadət yerlərinə qarşı heç bir insident olmayıb, dövlət və cəmiyyət tərəfindən onlara problem yaradılmayıb. Yaradılmayıbsa, bunu alqışlamalıdırlar. 

Bunu hər zaman ABŞ-ın yəhudi icmasının təmsilçiləri də Azərbaycana səfər edərkən xüsusi olaraq vurğulayırlar ki, yeganə ölkədir ki, burada bizim dinimizin sərbəst mövcudluğuna imkan tanınır. Hətta xatırlayırsınızsa, Ermənistanda sinaqoqun içərisinə yanğın törətmək məqsədilə daxil olan erməni vandalisti də bilavasitə bu sferadan gələn və bu anlayışa sahib insanlardan biri idi. Bu da sübut olundu. Belə bir vəziyyətdə Azərbaycanı nədə ittiham edirlər?” 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir