Türkiyə vasitəçi ölkə kimi danışıqlar prosesində iştirak edə bilərmi? – AÇIQLAMA

0

Bu ilin sentyabrında həyata keçirilən 24 saatlıq antiterror əməliyyatı nəticəsində Xankəndi və ətraf ərazilərdə Azərbaycan bayrağı qaldırıldı.

Beləliklə, Azərbaycan öz suverenliyini tamamilə bərpa etdi. Digər tərəfdən Aİ və digər qərb ölkələri vasitəçilik adı ilə problemlər yaradır və nəticə əldə edə bilmirlər. Bu baxımından format dəyişməyin vaxtıdır. Rəsmi Bakının mövqeyi bəllidir. Regionun problem regionda həll olunmalıdır. Artıq danışıqlar prosesində ciddi irəliləyişlər əldə edilib. Sülh müqaviləsinin neytral zonada yaxud imzalanması təklifi müzakirə olunur. Bəs indiki mərhələdə Türkiyə danışıqlar prosesində vasitəçi ölkə kimi çıxış edə bilərmi?

Turanın səsi ” xəbər verir ki , Bu barədə Milli Məclisin deputatı Nəsib Məhəməliyev  fikir bildirib. Deputat vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında sülh uı istənilən ölkədə aparıla bilər:

“Burada hansısa problem yoxdur. Təki danışıqları təşkil edən vasitəçi tərəf ikili standartlardan uzaq olsun və korporativ maraq güdməsin. Eyni zamanda beynəlxalq hüquqa və ədalətə söykənsin.İndiyə qədər danışıqlar Moskvada, Vaşinqtonda, Brüsseldə, Praqada aparılıb və əksər hallarda təşkilatçıların eyni məsələyə fərqli yanaşmaları üzündən real nəticə əldə olunmayıb. Bu da, keçmiş Minsk qrupunun bir növ təkrarını xatırladıb”.

Deputatın sözlərinə görə, Türkiyənin vasitəçilik missiyasına qatılması, indiki halda reallıqdan uzaqdır:

“Bizim üçün sərfəli olsa da, erməni tərəfi qətiyyən razılaşmaz. Hesab edirəm ki, ən yaxşı format ikitərəfli, üçüncü tərəf olmadan birbaşa danışıqlardır. Növbə ilə, həm Azərbaycanda, həm də Ermənistanda görüşlər keçirilə bilər. Yaxud, iki dövlətin sərhədində. Bu format, dayanıqlı sülhün əldə olunmasında və gələcəkdə iki xalq arasında əməkdaşlığın sürətlənməsində əhəmiyyətli rol oynaya bilər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir