Yaponiyada ardıcıl güclü zəlzələlər oldu
Yaponiyanın qərbindəki İsikava prefekturasında iki güclü zəlzələ baş verib.
“Turanın səsi ” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, yealtı təkanlar Osaka və Kioto şəhərlərində, eləcə də Tokioda hiss olunub.
Məlumata görə, ilk zəlzələ 5,7 maqnitudada, ikincisi 7,4 maqnitudada qeydə alınıb. Ölkə ərazisində sunami təhlükəsi elan edilib.
Dağıntılar və itkilər dəqiqləşdirilməyib.